Misir Liviya ərazisini bombaladı
29 may 2017 23:55 (UTC +04:00)

Misir Liviya ərazisini bombaladı

0

Misir Hərbi Hava Qüvvələrinin təyyarələri Liviyada terrorçuların Derna şəhəindəki mövqelərinə  hava zərbələri endirib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hava zərbələri Liviya rəhbərliyi ilə razılaşdırılıb.

 

Mayın 26-da  Misirin EL-Minya əyalətində içərisində xristian koptlar olan avtobusa silahlı hücum edilib. Nəticədə 29 nəfər ölüb. Misir hökuməti hücumu Liviyada fəaliyyət göstərən terrorçuların törətdiyini ehtimal edir.  

 

Mayın 27-də Misir hərbi aviasiyası Liviyanın şərq hissəsinə hava zərbələri endirib. Zərbələrin hədəfləri terrorçulara məxsus düşərgələr və silah anbarları olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 362

Oxşar yazılar