Liviya Hərbi-Dəniz Qüvvələri ötən gün Aralıq dənizində 335 miqrant xilas edib. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Hərbi-Dəniz Qüvvələrinin komandanı Əyyub Qasım bildirib.
“Miqrantlar Misir, Mərakeş və Əlcəzair daxil olmaqla bir neçə Afrika və ərəb ölkələrinin vətəndaşlarıdır”, - deyə komandan bildirib.
Onun sözlərinə görə, ümumilikdə, martın 10-da üç xilasetmə əməliyyatı keçirilib.
Miqrantlar paytaxt Tripolidəki hərbi dəniz bazasına gətirib.
Qaçqınlara tibbi yardım göstərildikdən sonra onlar Tripolidəki qanunsuz miqrasiya ilə mübarizə departamentinə aparılıblar.