Miqrant axını davam edir: dənizdə 3000 mühacir xilas edildi
07 may 2017 00:50 (UTC +04:00)

Miqrant axını davam edir: dənizdə 3000 mühacir xilas edildi

0

Aralıq dənizində mayın 5-də Afrikadan Avropa sahillərinə gəlməyə can atan  3 minədək miqrant xilas edilib.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, xilasetmə əməliyyatında İtaliya Hərbi-Dəniz Qüvvələrinin, Aİ-nin “EunavforMed” hərbi-dəniz miqrasiya missiyasının və bir sıra QHT-lərin gəmiləri cəlb edilib.   

 

Beynəlxalq Miqrasiya Təşkilatının son hesablarına əsasən, ilin əvvəlindən dəniz yolu ilə Avropaya 43 mindən çox miqrant daxil olub. Aralıq dənizini qət etməyə çalışarkən 1089 nəfər ölüb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 270

Oxşar yazılar