Aprelin 14-də Aralıq dənizində silsilə əməliyyatlar nəticəsində 2000-dən çox miqrant xilas edilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, gün ərzində, ümumilikdə, 19 xilasetmə əməliyyatı keçirilib.
“Sərhədsiz həkimlər” təşkilatının məlumatına görə, qayıqlardan birində ölmüş yeniyetmənin cəsədi aşkarlanıb.
“Frontex” agentliyinin məlumatına görə, 2016-cı ildə qeyd olunan marşrutla Avropaya 180 min miqrant daxil olub. Onların əksəriyyəti Afrika qitəsinin təmsilçisidir (Eritreya, Qvineya, Kot-Divuar və Qambiya). Ötən il ərzində ölən və itkin düşən miqrantların sayı 5 mindən çox olub.