Minskdə rüşvətə görə 10 meriya işçisi tutuldu
11 aprel 2017 21:59 (UTC +04:00)

Minskdə rüşvətə görə 10 meriya işçisi tutuldu

Minsk şəhəri İcra Hakimiyyətinin 10 vəzifəli şəxsi  rüşvət almaqda şübhəli bilinərək  Belarus Dövlət Təhlükəsizliyi Komitəsinin əməkdaşları tərəfindən saxlanılıb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, saxlanılanlar arasında Minsk İH İstehlak Bazarına Nəzarət Baş İdarəsinin rəhbəri Sergey Boriseviç də var.  

 

Saxlanılanlar dövlət müəssisələri ilə müqavilələrin bağlanması zamanı (malların artırılmış qiymətlərlə alınmasına dair) məsələlərin müsbət həlli üçün fərdi təsərrüfat subyektlərindən böyük məbləğdə rüşvət almaqda şübhəli bilinirlər.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 234
avatar

Oxşar yazılar