Məşhur restoranın sahibi avtomobilində ölü tapıldı
05 sentyabr 2017 04:46 (UTC +04:00)

Məşhur restoranın sahibi avtomobilində ölü tapıldı

0

Türkiyənin Bodrum şəhərindəki məşhur balıq restoranının sahibi avtomobilində ölü tapılıb.

 

Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, 2 gündür itkin düşən 56 yaşlı Mustafa Coşqunun cəsədi biləkləri kəsilmiş və boğazından bıçaqlanmış halda maşınında aşkar edilib. Məlumata görə, “Berk” balıq restoranının müdiri olan Mustafa Coşqun cümə ertəsi işə gedəcəyini deyərək evdən çıxıb.

 

Həyat yoldaşı Aylin Çoşqun onun işə getmədiyini və telefonuna zəng çatmadığını görəndə polisə məlumat verib. Polis dərhal axtarışa başlayıb. Bildirilir ki, içində cəsəd olan avtomobili yoldan keçən çoban görərək polisə xəbər verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 463

Oxşar yazılar