Məşhur milyarder öldü
27 iyul 2013 13:06 (UTC +04:00)

Məşhur milyarder öldü

 

Dünyanın ən varlı şəxslərindən biri, məşhur amerikalı milyarder, şist qazının hasilatı sahəsində öncüllərdən olan Corc Fidias Mitçell vəfat edib.

 

Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, Corc Fidias Mitçell iyulun 26-da Qalveston şəhərindəki evində ölüb.

 

Qeyd edək ki, Corc Fidias Mitçell 1980-ci ildə  “Mitchell Energy & Development Corp.” şirkətini yaradıb. Şist inqilabı sayəsində ABŞ təbii qaz hasilatında dünyada ilk yerə yüksəlib. 2002-ci ildə Corc Fidias Mitçell bu şirkəti 3,5 milyard dollara “Devon Energy” konserninə satıb. Corc Fidias Mitçell yardım kampaniyalarında iştirakı ilə də məşhurlaşıb.  “Forbes” jurnalı 2013-cü ilin yazında onun sərvətini 2 milyard dollar qiymətləndirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 987
avatar

Oxşar yazılar