Məşhur boksçunun oğlu həbs edildi
02 may 2017 06:29 (UTC +04:00)

Məşhur boksçunun oğlu həbs edildi

0

Boks üzrə superağır çəkidə keçmiş dünya çempionu Evander Holifildin oğlu Elayya Holifild narkotik maddə saxlama ittihamı ilə həbs olunub.

 

 

Lent.az-ın “report”-a istinadən xəbərinə görə, ABŞ-ın Corciya ştatı universitetinin polisi onu mayın 1-də saxlayıb. Oğul Holifildin marixuana və narkotik maddələrin istifadəsi ilə əlaqədar predmetlər saxladığı bildirilir. Tezliklə o, girov müqabilində azadlığa buraxılıb.

 

 

Qeyd edək ki, Elayya Holifild Amerikan futbolu üzrə universitet komandasında çıxış edir. Ştatın qaydalarına əsasən, o, ilk qayda pozuntusu səbəbindən 1 oyunluq diskvalifikasiyaya məruz qalacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 500

Oxşar yazılar