Səudiyyə Ərəbistanında çıxan «əş-Şərq əl-Ousat» qəzeti İordaniyadakı mənbəyə əsaslanaraq, «HƏMAS» lideri Xalid Məşəlin kral ikinci Abdullanı Ağ evlə qurumun adından danışmaq səlahiyyəti verdiyini yazıb.
Lent.az-ın məlumatına görə, qəzet bildirib ki, Xalid Məşəl İordaniya kralından «HƏMAS»-ın «iki xalq üçün iki dövlət» prinsipi ilə razılaşdığını ABŞ prezidenti Barak Obamaya çatdırmasının xahiş edib.
Xalid Məşəl bu il yanvarın 28-də İordaniya paytaxtı Ammana gedib.Kral fələstinliləri qısa bir zamanda «xalqın birliyini bərpa etməyə» bu zaman öz haqlarının qorunmasını təmin etməyə çağırıb.
Xalid Məşəl isə öz növbəsində bildirib ki, müstəqil Fələstin dövləti yaranmayanadək «Fələstin-İordaniya konfederasiyasını» qətiyyətlə rədd edir.