Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri məxfi materialları sevgilisinə ötürürmüş
04 mart 2015 06:46 (UTC +04:00)

Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri məxfi materialları sevgilisinə ötürürmüş

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Devid Petreus “məxfi materiallardan lazımi qaydada istifadə etməməkdə” təqsirli olduğunu etiraf edib. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Ədliyyə Nazirliyinin açıqlamasında bildirilir.  

 

MKİ-nin sabiq rəhbəri məxfi məlumatları o zaman yaxın münasibətlərdə olduğu “New York Times” nəşrinin  jurnalisti Paula Broudelə ötürdüyünü  etiraf edib.   

 

Qeyd edək ki, general Petreusun Broudel ilə münasibətləri ictimaiyyətə bəlli olduqdan sonra o,  2012-ci ildə vəzifəsindən istefa verib.  

 

“New York Times” məlumat verir ki, istintaqla əməkdaşlıq etdiyinə görə, Petreus barəsində məhkəmə prosesi keçirilməyəcək.

 

General Devid Petreus Əfqanıstanda və İraqda ABŞ qüvvələrinə komandanlıq edib, 2011-ci ildə isə  Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri təyin olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 97
avatar

Oxşar yazılar