Merkeldən mühüm bəyanat
20 noyabr 2016 22:51 (UTC +04:00)

Merkeldən mühüm bəyanat

Angela Merkel 2017-ci ildə Almaniya kansleri postuna namizədliyini irəli sürəcəyini rəsmən bəyan edib.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, o, bu barədə Berlində jurnalistlərə verdiyi açıqlamada bildirib.

 

“Çox güman ki,  Almaniyanın birləşməsindən sonra bu ən mürəkkəbli seçki olacaq”, deyə A.Merkel vurğulayıb.

 

Qeyd edək ki, Almaniya tarixində 4 dəfə kansler postunu tutmaq Helmut Kola nəsib olub. H. Kol 1982-1998-ci illərdə kansler olub. A. Merkel isə 2005-ci ildən kansler postunu tutur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 213
avatar

Oxşar yazılar