Mərakeşdən Türkiyəyə gələn sərnişinin mədəsindən 102 kapsul narkotik maddə çıxıb.
Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, İstanbul Polis İdarəsinin Narkotiklə Mübarizə Şöbəsinin polisləri Mərakeşin Kasablanka şəhərindən təyyarə ilə İstanbula gələn şübhəli şəxsin üzərində axtarış aparıblar. Axtarış zamanı M.M. ad-soyadlı mərakeşlinin çemodanından 9 bağlama narkotik maddə tapılıb. Daha sonra polislər 41 yaşlı mərakeşlini Hasaki dövlət xəstəxanasına apararaq rentgen müayinəsi keçiriblər və onun mədəsindən 102 kapsul narkotik maddə aşkarlanıb.
Saxlanılan mərakeşli narkokuryer məhkəməyə çıxarılaraq həbs edilib.