Meksikanın Puebla ştatındakı Uitsilan de Serdan bələdiyyə administrasiyasının rəhbəri naməlum şəxslər tərəfindən qətlə yetirilib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bələdiyyə sədri Manuel Ernandes Pasyon avtomobilində güllələnərək qətlə yetirilib.
Qeyd edək ki, Meksikada yaşayış məntəqəsinin rəhbərinin qətlə yetirilməsi birinci hal deyil.