Meksikada 12 nəfər güllələndi
01 noyabr 2017 06:26 (UTC +04:00)

Meksikada 12 nəfər güllələndi

0

Meksikada yeraltı borulardan yanacaq oğurlamaqla məşğul olan cinayətkar dəstələr arasında qarşıdurma nəticəsində 12 nəfər ölüb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Meksika Baş Prokurorluğunun məlumatına əsasən, silahlı şəxslər ötən gün Puebla ştatının mərkəzi xəstəxanasında biri qadın olmaqla 4 nəfəri qətlə yetiriblər.  Daha bir nəfər sükan arxasında öldürülüb, iki nəfər isə ştatın Amosok rayonunda güllələnərək qətlə yetirilib.

 

Tlaltenanqo rayonunda isə 5 nəfər spirtli içki qəbul edən zaman qətlə yetirilib.

 

Qeyd edək ki, bir neçə gün əvvəl  qeyd olunan Puebla ştatında həvəskar futbol matçının iştirakçıları atəşə tutulub, nəticədə 7 nəfər ölüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 356

Oxşar yazılar