Mara Baqdasaryan yenə dəmir barmaqlıqlar arxasına göndərildi
29 iyun 2017 07:26 (UTC +04:00)

Mara Baqdasaryan yenə dəmir barmaqlıqlar arxasına göndərildi

0

Moskvada məhkəmə avtoxuliqanlıqla ad çıxarmış Mara Baqdasaryana növbəti dəfə inzibati həbs cəzası verib.

 

APA TV-nin məlumatına görə, O, icbari işdən boyun qaçırmaqda təqsirli bilinib və 6 sutka müddətinə azadlıqdan məhrum edilib. Baqdasaryan məhkəmə zalından barmaqlıqlar arxasına aparılıb.

 

Onun vəkili David Kemulariya jurnalistlərə deyib ki, Mara Baqdasaryan prezident Vladimir Putinin qəbul otağında olub və məhkəmə icraçılarından, hakimlərdən prezidentə şikayət edib. Vəkilin sözlərinə görə, erməni avtoxuliqan hədələnir.

 

Bundan əvvəl prokurorluğun təqdimatı ilə Mara Baqdasaryan sürücülük hüququndan ömürlük məhrum edilib.

 

Xatırladaq ki, Mara Baqdasaryan 2016-cı ildə polis “Gelandewagen”i qovaraq saxladıqdan sonra məşhurlaşıb. Həmin vaxt varlı ailələrin övladları nümayişkəranə şəkildə yol hərəkəti qaydaları dəfələrlə pozmuşdu. Saxlanıldıqdan sonra Mara Baqdasaryanın ödənilməmiş külli miqdarda cəriməsinin olduğu üzə çıxmışdı. Mara Baqdasaryana məcburi əmək təyin edilsə də, o bundan boyun qaçırdığına görə indiyədək bir dəfə 15 sutka inzibati həbs cəzası alıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 467

Oxşar yazılar