Makronun seçki qərargahına haker hücumu oldu
06 may 2017 05:16 (UTC +04:00)

Makronun seçki qərargahına haker hücumu oldu

0

Fransa prezidentliyinə namizəd Emmanuel Makronun seçki qərargahı haker hücumuna məruz qalıb.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, naməlum hakerlər E.Makronun seçki qərargahının materiallarını internetdə yerləşdiriblər.

 

Bundan əvvəl WikiLeaks  təşkilatı E.Makronun seçkiqabağı kampaniyasına aid təxminən 9 qiqabaytlıq faylları açıq girişdə yerləşdirib. Sənədlər aprelin 24-dək olan tarixi əhatə edir.

 

Fransada prezident seçkilərinin birinci turu aprelin 23-də baş tutub. Səsvermənin nəticələrinə görə, ikinci tura “İrəli” hərəkatının təsisçisi E.Makron və “Milli Cəbhə” partiyasının lideri Marin Le Pen adlaya bilib. Seçkilərin ikinci turu mayın 7-də keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 315

Oxşar yazılar