Makedoniyanın Kumanova qəsəbəsində polislə silahlı dəstənin atışması zamanı 8-i polis olmaqla 22 nəfər ölüb. Lent.az-ın “milliyyet.com.tr”-yə istinadən məlumatına görə, hadisə nəticəsində daha 38 polis yaralanıb.
Makedoniya Daxili İşlər Nazirliyinin sözcüsü İvo Koteski mətbuat konfransı keçirərək atışma ilə bağlı son məlumatı ictimaiyyətə çatdırıb. Koteski silahlı dəstədən 14 nəfərin ölü, 30 nəfərin isə sağ ələ keçdiyini bildirib.
Makedoniya hökuməti ölən polislərə görə ölkədə 2 gün yas elan elan edib. Rusiyada səfərdə olan prezident Gyorge İvanov isə ziyarətini yarımçıq qoyaraq ölkəyə qayıdıb.
Makedoniyanın baş naziri Nikola Gruevski də mətbuat konfransı təşkil edərək, hadisə ilə bağlı həyatının ən ağır 2 gününü yaşadığını bildirib. O, əməliyyatın 28 saat davam etdiyini və 8 min nəfərin ölümdən qurtarıldığını ictimaiyyətə açıqlayıb.