Mahaçqalada banket zalında qaz balonunun partlaması nəticəsində xəsarət alanların sayı 28-ə çatıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 23 nəfərin yaralandığı bildirilirdi.
Hazırda xəstəxanalarda 28 nəfər qalmaqdadır, onlardan 5-in vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, partlayış bu gün “Layli” banket zalında baş verib.