Lukaşenko “Putinin tanklarından” qorxmadığını bildirib
20 iyun 2014 02:12 (UTC +04:00)

Lukaşenko “Putinin tanklarından” qorxmadığını bildirib

0

Xarici KİV-in Rusiya tərəfdən Belarusa qarşı təhlükə ehtimalı ilə bağlı bəyanat yayılıb.

Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, “BelTA” agentliyi Belarus prezidenti Aleksandr Lukaşenkonun bu bildirişə cavabını da yayıb.

“Xarici jurnalistlər mənə “orada diktatura var, Ukraynadan sonra Putin tankla sizin ölkəyə gələcək” deyirlər. Bu mənə çox gülməli görünür. Heç kim, heç bir vaxt tankla bizim ölkəyə girə bilməyəcək” -deyə, Lukaşenko iyunun 19-da Soliqorsk rayonuna səfəri zamanı bildirib.

Onun sözlərinə görə, Belarusu iqtisadi səbəb istisna olmaqla heç nə “devirə bilməz”: “Əgər müəssisələrimiz işləməzsə, biz istehsal etdiyimiz məhsulu sata bilməsək, bizdəki sabitlik yalnız iqtisadiyyatla pozula bilər”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1473

Oxşar yazılar