Los-Ancelesdə avtomobil kütləyə çırpıldı, yaralılar var
31 iyul 2017 04:15 (UTC +04:00)

Los-Ancelesdə avtomobil kütləyə çırpıldı, yaralılar var

0

ABŞ-ın Los-Anceles şəhərində avtomobil kütləyə çırpılıb.

 

APA-nın məlumatına görə, bu barədə “Fox News” xəbər verib.

 

Hadisə nəticəsində azı 6 nəfər xəsarət alıb. Onlardan dördünün vəziyyəti ağır kimi qiymətləndirilir.

 

Yaralılar xəstəxanalara çatdırılıb. Hazırda polis hadisənin səbəblərini və sürücünün şəxsiyyətini müəyyənləşdirir. İlkin versiyaya görə, insident yol qəzası nəticəsində baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 283

Oxşar yazılar