İngiltərənin paytaxtı Londonda hava limanında şiddətli partlayış baş verib.
Lent.az-ın sözcü-ə istinadən məlumatına görə, London yaxınlığında Southend hava limanında baş verən partlayış zamanı ölən və yaralıların sayı barəsində hələ dəqiq məlumat yoxdur.
Hadisə yerinə çox sayda təcili yardım və yanğınsöndürənlər cəlb edilib. Hadisənin gerçək səbəbi hələ bilinmir. Olay hava limanının anqar bölməsində baş verib.
Avropa ölkələri və ABŞ-a sərnişin daşıyan və həmin nöqtələrdən gələn təyyarələrə xidmət göstərən hava limanında işlər davam etdirilir.
O da qeyd edilib ki, hava limanında təyyarələrin uçuş zolaqlarında heç bir problem yaşanmayıb.