Liviyanın Əz-Zaviyə şəhərində, dəniz sahilində 74 miqrantın cəsədi aşkarlanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Liviya Qızıl Aypara Cəmiyyətindən bildirilib.
“Meyitlər hələ də dənizdə qalmaqdadır, qeyri-sabit hava və qayıqların olmaması səbəbindən komandamız onları sahilə çıxara bilmir. Sahil boyu 74 cəsəd aşkarlanıb, qalanlarının da sahilə çıxacağı gözlənilir”, - deyə cəmiyyətin nümayəndəsi Taha Sultan bildirib.
Faciənin hansı şəraitdə baş verdiyi məluma deyil. Sahildə deşilmiş rezin qayığın da tapıldığı bildirilir. Qəza baş verən an qayıqda 150 nəfərin olduğu ehtimal edilir.