Hindistanın şimal bölgəsində tüğyan edən güclü leysan yağışlar 27 nəfərin həyatına son qoyub.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, daha 12 nəfərin xəsarət aldığı bildirilir.
Məlumata əsasən, şiddətli yağıntılar çaylarda suyun səviyyəsini kəskin artırıb, daşqınlar nəticəsində yaşayış evləri dağılıb. Təbii fəlakətlə əlaqədar Uttar-Pradeş ştatında xilasedici əməliyyat başlayıb.
Hindistan Meteoroloji Xidməti ölkənin şimalında leysan yağışların davam edə biləcəyinə dair xəbərdarlıq yayıb.