Lavrovla Kerri yenidən görüşdü
08 dekabr 2016 01:38 (UTC +04:00)

Lavrovla Kerri yenidən görüşdü

0

Almaniyanın Hamburq şəhərində ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilib.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, söhbət zamanı Suriyanın Hələb şəhərindəki vəziyyət müzakirə olunub.

 

“Biz Hələbdə yaranan olduqca ağır vəziyyəti müzakirə etdik. Bir sıra məsələlər ətrafında fikir mübadiləsi apardıq. Sabah yenidən görüşərək müzakirələri davam etdirməyi planlaşdırırıq”, deyə Con Kerri görüşdən sonra bildirib.  

 

Qeyd edək ki, dekabrın 8-9-da Hamburqda ATƏT-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 23-cü iclası keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 549

Oxşar yazılar