Ukrayna XİN rəhbəri Pavel Klimkin Donbasda əsirlərin mübadiləsi məsələsini rusiyalı həmkarı Sergey Lavrovla müzakirə etdiyini bildirib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə P.Kİlimkin “Twitter” səhifəsində bildirib.
“Biz bu məsələləri yaxın həftələrdə həll etməliyik, burada söhbət insanlardan və onların yaxınlarından gedir”, - deyə Klimkin qeyd edib.
Qeyd edək ki, uzun fasilədən sonra baş tutan təkbətək görüş Vyanada ATƏT XİN rəhbərləri Şurasının iclası çərçivəsində təşkil olunub.