Lavrov Tramp-Kim görüşünə münasibət bildirdi
12 iyun 2018 16:07 (UTC +04:00)

Lavrov Tramp-Kim görüşünə münasibət bildirdi

”ABŞ və Şimali Koreya liderlərinin görüşünün yekunları ilə bağlı sənədlər hələ dərc olunmayıb. Lakin görüşün olması faktı müsbətdir”.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında Sinqapurda keçirilən görüşü şərh edərkən bildirib. 
 
"Biz də sizin kimi televizora baxırıq, hər iki tərəfin verdiyi şərhləri izləyirik. Sənədləri görməmişik. Məncə, onlar hələ dərc olunmayıb. Lakin görüş faktı əlbəttə ki, müsbətdir", - deyə Lavrov jurnalistlərin sualına cavabında vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 295
avatar

APA Baycan

Oxşar yazılar