Lavrov Tillersonla telefonla danışdı
03 noyabr 2017 03:10 (UTC +04:00)

Lavrov Tillersonla telefonla danışdı

0

Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, söhbət zamanı tərəflər Suriyada terrorçuların məhv etdirilməsi üzrə səyləri müzakirə ediblər.  

 

“Suriyada terrorçuluğun özəyinin məhv etdirilməsi üzrə səylər və ərazi bütövlüyü qorunmaqla, ümummilli dialoqu inkişaf etdirmək yolu ilə bu ölkədə siyasi nizamlanmaya beynəlxalq dəstəyin aktivləşdirilməsinə dair aktual məsələlər müzakirə edilib”, - deyə məlumatda qeyd olunub.   

 

Lavrov, BMT və Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının (KSQT) Suriyada kimyəvi hücumların araşdırılmasına dair birgə mexanizmin siyasiləşdirilməsinin yolverilməz olduğunu qeyd edib.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 335

Oxşar yazılar