Lavrov-Tillerson görüşü baş tuta bilər
28 aprel 2017 02:47 (UTC +04:00)

Lavrov-Tillerson görüşü baş tuta bilər

Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Reks Tillerson arasında Alyaskada görüş baş tuta bilər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkov bildirib.   

 

“Görüşün keçirilməsi imkanları nəzərdən keçirilir. Sözsüz ki bu, Moskvadakı müzakirələrin yaxın gələcəkdə davam etdirilməsi üçün fürsətdir”, - deyə diplomat bildirib.

 

“Bəzi suallar artıq Moskvadakı görüşdən sonra ortaya çıxıb. Suriya və ciddi fikir ayrılığının olduğu digər aspektlərə dair danışıqları davam etdirməyə zərurət var”, - deyə Ryabkov bildirib

 

“Ümid edirik görüşü təşkil etmək mümkün olacaq”, - deyə nazir müavini qeyd edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 214
avatar

Oxşar yazılar