Latviya avroya keçməyə hazırlaşır
31 yanvar 2013 05:57 (UTC +04:00)

Latviya avroya keçməyə hazırlaşır

Yanvarın 31-də Latviya parlamenti respublikanın avrozonaya daxil olması ilə bağlı qanun layihəsini sonuncu oxunuşda müzakirə edəcək.

 

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, Latviya 2014-cü il yanvarın 1-dən avroya keçmək niyyətindədir.Mənbə bildirib ki, ölkənin baş naziri Valdis Dombrovskis bu gün parlamentin qanun layihəsini təsdiqləyəcəyinə əmindir.

 

Onun sözlərinə görə, hökumətdəki koalisiya üzvü olan siyasi partiyaların hamısı qanun layihəsini dəstəkləyəcək.

 

Müxalifət isə hesab edir ki, Latviya avrozonaya daxil olmağa hazır deyil.

 

Hazırda bu ölkənin milli valyutası latdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 436
avatar

Oxşar yazılar