Nigeriyada Lassa qızdırması epidemiyası 63 nəfərin ölümünə səbəb olub.
Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, Nigeriyanın səhiyyə naziri İsaak Adevolenin açıqlamasına görə, ölkənin 17 vilayətində qeydə alınmış Lassa qızdırmasına yoluxma nəticəsində 63 nəfər dünyasını dəyişib.
Məlumata görə, artıq bu ağır xəstəliyə yoluxanların sayı 200 nəfərə çatıb. Siçanlardan insana keçən Lassa qızdırması insanlar arasında təmas yolu ilə yayılır və qanaxmalarla müşayiət olunan yüksək hərarətə səbəb olur.