Krımın Azərbaycan icması Yaltanın alman faşistlərindən azad edilməsi ilə bağlı tədbir keçirib. Lent.az-ın məlumatına görə, Yaltadkı azərbaycanlılar Sevastopol və Moskvadan gəlmiş qonaqlar 323-ci polkun komandiri Cəlil Nəcəbovun heykəli önünə gül dəstələri düzüblər.
Mərasimdə çıxış edən Krım Azərbaycanlıları icmasının sədri Rəhim Hümbətov Cəlil Nəcəbov və Krımın azad edilməsində qəhrəmanlıq göstərmiş əsgərlərin xatirəsini yad edib.
Humanitar-Pedaqoji Akademiyanın tələbələri Cubana Muldaqalieva və Riza Xalidin Böyük Vətən Müharibəsində qəhrəmanlıq göstərən sovet əsgərlərinə həsr edilmiş şeirlərini oxuyublar.
Akademiyanın rektoru Aleksandr Qluzman qeyd edib ki, bir qədər əvvələdək adıçəkilən heykəlin ətrafındakı xiyaban pis vəziyyətdə imiş. Məhz Azərbaycan icmasının və Akademiyanın tələbələrinin səyi nəticəsində ətraf abadlaşdırılıb.