Avropa Birliyi Şurası Krım və Sevastopolun ticarət və investisiya sahələrinə yeni sanksiyaları təsdiqləyib.
Lent.az-ın “İntrefaks”-a istinadən məlumatına görə, yeni qadağalar Krım və Sevastopolun nəqliyyat, telekommunikasiya, energetika, neft hasilatı, təbii qaz və mineral qazıntılar sahələrini əhatə edib.
Bu sahələrə avadanlıq verilməsi və sığorta xidməti göstərilməsi də yasaqlanıb.
250 adda məhsulun ixracı qadağan edilib. Sanksiya iyulun 31-dən qüvvəyə minəcək.