Almaniyanın Potsdam-Mittelmark rayonunda 43 yaşlı stomatoloq külli miqdarda sığorta haqqı almaq üçün öz barmağını kəsib.
Lent.az-ın “musavat.com”-a istinadən xəbərinə görə, bu hərəkətinə görə dələduzluq maddəsi ilə ittiham edilən və 1 il müddətinə şərti azadlıqdan mərhum edilən stomatoloq isə bunun iftira olduğunu deyib. Onun dediyinə görə, ötən ilin martında çalışdığı stomatoloji kabinetə iki naməlum şəxs girərək silah gücü ilə ondan pul və qızıl tələb edib. Onlara yox cavabı verəndə isə soyğunçular onun baş barmağını kəsiblər.
Amma istintaqçılar bu olayı araşdıranda maraqlı faktla qarşılaşıblar. Stomatoloji kabinetdə qan izləri ilə yanaşı ağrıkəsici izləri də aşkarlanıb və istintaq müəyyən edib ki, həkimin kabinetinə heç kim hücum etməyib. O, iş qabiliyyətini itirdiyi bəhanəsi ilə 600 min avro məbləğində kompensasiyanı ala bilmək üçün barmağını özü kəsib. Bundan başqa, stomotoloqun hücum qurbanı olaraq sığorta şirkətindən 250 min avro məbləğində vəsait alacağı da gözlənirdi.