Kolumbiyada polis ilin əvvəlindən 337 ton kokain müsadirə edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin müdafiə naziri Luis Karlos Vilyeqas bildirib.
“2016-cı ildə polis əməkdaşları 363 ton, bu ilin əvvəlindən isə artıq 337 ton kokain müsadirə edib”, - deyə qurumun “Twitter” hesabında bildirilir.
Kolumbiya, Peru və Boliviya kokainin dünya “qara” bazarına əsas tədarükçüləri hesab edilir.