Knyaz məhkəmədə qəzeti udub
16 yanvar 2013 06:11 (UTC +04:00)

Knyaz məhkəmədə qəzeti udub

Monako knyazı II Alber Britaniyada çıxan «The Sunday» qəzetini böhtana görə məhkəməyə verərək, bu prosesi udub.

Lent.az-ın Rusiya «NTV»-sinə istinadən məlumatına görə, qəzet artıq knyazdan üzr istəyib.

Bununla belə məsələnin yalnız üzr istəməklə bitməyəcəyi istisna edilmir. Mənbənin məlumatına əsasən, ingilis qəzetinin knyaza kompensasiya verəcəyi istisna edilmir.

Alver 2011-ci ilin iyulunda, hamının gözünü qarşısında subaylığın daşını atdıqdan sonra  «The Sunday»i məhkəməyə verib. Ancaq qəzet başqa bir material dərc edib. Nəşriyyə isə bildirib ki, guya knyazın xanımı Şarlin Uittstok ona hesablama ilə ərə gedib. Toydan öncə isə Alber Monakonu tərk etməməsi üçün onun pasportunu əlindən alıb.

Knyazın vəkili Mark Tomsonun açıqlamasına əsasən, qəzet suçunu etiraf edərək, mənəvi zərbəyə  görə, kompensasiya verəcəyini, habelə məhkəmə xərclərinə də ödəyəcəyinə söz verib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 671
avatar

Oxşar yazılar