Kiyev strateji məqsədini açıqladı
15 dekabr 2017 00:29 (UTC +04:00)

Kiyev strateji məqsədini açıqladı

 

 

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Aleksandr Turçinov NATO-nun baş katibi Yens Stoltenberqlə Brüsseldə keçirdiyi görüşdə Ukraynanın strateji məqsədini açıqlayıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə MTMŞ-in mətbuat xidmətinin məlumatında bildirilir.   

 

“Avro-Atlantik inteqrasiya Ukraynanın strateji məqsədidir” – deyə Turçinov vurğulayıb.   

 

Tərəflər həmçinin Donbasdakı vəziyyəti və Ukraynanın üzləşdiyi hibrid təhlükələri müzakirə ediblər.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 189
avatar

Oxşar yazılar