Kəşfiyyat Məhəmməd Ömərin öldüyünü təsdiqlədi
01 avqust 2015 06:34 (UTC +04:00)

Kəşfiyyat Məhəmməd Ömərin öldüyünü təsdiqlədi

0

ABŞ kəşfiyyatı “Taliban” hərəkatının lideri Məhəmməd Ömərin öldüyünü təsdiqləyib.

 

APA-nın məlumatına görə, bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir.

 

“Hesab edirik ki, bu, Əfqanıstanda vəziyyətin nizamlanmasına müsbət təsir göstərəcək”, - açıqlamada deyilir.

 

Xatırladaq ki, bir qədər əvvəl “Taliban” Məhəmməd Ömərin öldüyünü təsdiqləmişdi. Əfqanıstan hökumətinin yaydığı bəyanatda isə M. Ömərin 2013-cü ildə Pakistanda xəstəlikdən öldüyü bildirilirdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 304

Oxşar yazılar