ABŞ-ın dövlət katibi Con Kerri iyulun 25-də BMT-nnin baş katibi Pan Ge Munla görüşdəki çıxışı zamanı Fələstin Muxtariyyətini «dövlət» adlandırıb.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, amerikalı diplomatik qaynaq bildirib ki, bu rəsmi Vaşinqtonun Yaxın Şərq siyasətinin dəyişməsi demək deyil.
«Əgər siyasətimizdə dəyişiklik olsa idi, onda bu, başqa yolla elan edilərdir»-deyə, diplomatik mənbə bildirib.
ABŞ İsraillə Fələstin arasında müqavilə imzalanmayanadək onu dövlət kimi tanımayacağını bildirir.