2010-cu ildə Rusiyanın Smolensk vilayəti ərazisində baş vermiş təyyarə qəzasında ölən Polşa prezidenti Lex Kaçinski və onun həyat yoldaşı Mariya Kaçinskinin qalıqları Krakov şəhərində eksqumasiya olunub.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Kaçinskilərin meyitlərinin qalıqları məhkəmə-tibbi ekspertizasına göndərilib. Qalıqlar noyabrın 18-də yenidən basdırılacaq.
Eksqumasiyada mərhum Polşa liderinin əkiz qardaşı Yaroslav Kaçinski iştirak edib. Polşa prokuroluğu 2017-ci ilin sonunadək təyyarə qəzasının istintaqı çərçivəsində 83 nəfərin qalıqlarını eksqumasiya etmək planlaşdırır.
Xatırladaq ki, göyərtəsində Lex Kaçinski, Mariya Kaçinski və digər yüksək rütbəli məmurların olduğu təyyarə 2010-ci il, aprelin 10-da Smolenskdə qəzaya uğrayıb.