Keçmiş nazirləri Sarkisyana qarşı
15 yanvar 2013 11:04 (UTC +04:00)

Keçmiş nazirləri Sarkisyana qarşı

Ermənistan Mərkəzi Seçki Komissiyası yanvarın 14-də keçirilən növbədənkənar iclasında prezident seçkilərində iştirak edən namizədlərin siyahısını təsdiq edib. Lent.az-ın BBC-ə istinadən verdiyi məlumata görə, fevralın 18-də prezident seçkilərində 8 namizəd iştirak edəcək. MSK tərəfindən namizədlikləri təsdiq olunanlar arasında fəaliyyətdə olan Ermənistan prezidenti, Ermənistan Respublikaçılar Partiyasının sədri Serj Sarkisyanın da adı var.

 

Digər 7 namizəddən 3-ü keçmişdə nazir olub. Belə ki  Jaranqutyun Partiyası (“İrs”) idarə heyətinin rəhbəri olan sabiq Ermənistan xarici işlər naziri Raffi Hovhannisyan, Azadlıq Partiyasının sədri, Ermənistanın sabiq baş naziri Hrant Baqratyan və tanınmamış “DQR” sabiq xarici işlər naziri olmuş politoloq Arman Melikyandır. Qalan 4 namizəd arasında isə 2 siyasətçi, 1 özəl radio rəhbəri və 1 eposşünas var.

 

Qeyd edək ki, prezident seçkiləri çərçivəsində namizədlərin prezident seçkiləri çərçivəsində namizədlərin rəsmi seçkiqabağı təşviqat kampaniyası yanvarın 21-dən başlanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 693
avatar

Oxşar yazılar