Yunanıstanın keçmiş maliyyə naziri Yorqos Papakonstantinu Sosialist Partiyası sıralarından xaric edilib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, keçmiş nazir qohumlarının vergidən yayınmasına himayədarlıq etməkdə ittiham olunub.
Bir müddət öncə Afinanın prokuroru təsdiqləyərək, bildirmişdi ki, İsveçrə banklarında adı olanların sırasında keçmiş maliyyəçinin qohumlarının da adı var.
Siyahını fransız rəsmisi bir neçə ay öncə rəsmi Yunanıstan hakimiyyətinə təqdim etsə də, keçmiş nazir ona qarşı irəli sürülən ittihamları rədd edib.