Türkiyədə keçmiş hakimin Türkiyə Futbol Federasiyasına qarşı qaldırdığı iddia təmin olunub.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, keçmiş fit sahibi Xəlil İbrahim Dincdağ cinsi seçimini açıqladığı üçün onu işdən çıxaran TFF-yə qarşı 110 min lirəlik iddia qaldırmışdı.
İstanbul Ədalət Məhkəməsində keçirilən prosesdə qərara elan edilib. Qərara əsasən, iddiaçı Xəlil İbrahim Dincdağın iddiası qismən təmin edilib. Ona dəyən maddi zərərə görə 3 min, mənəvi zərərə görə isə 20 min lirə təzminat ödənilənəcək.
Qeyd edək ki, X. İ. Dincdağ bu il yanvartın 29-da verdiyi açıqlamasında homoseksual olduğunu demiş və hakim olmasının LGBT hərəkatının Türkiyədəki qələbəsi olduğunu bildirmişdi. Bundan sonra Türkiyə Futbol Federasiyası onun hakimliyini ləğv etmişdi.