Kanadada şəhər satışa çıxarıldı
0
0
CCTV televiziya kanalının saytında Kanadanın Britaniya Kolumbiyası əyalətindəki Bredian şəhərinin satışa çıxarılması barədə elan var
Lent.az-ın məlumatına görə, bu barədə AzərTAc http://newsland.com/news/detail/id/1420904/ saytına istinadən xəbər verir.
Bredian şəhərinin əsası keçən əsrin 30-cu illərində, qızılçıxarma şaxtasının yaxınlığında qoyulub. Burada şaxtaçılar və onların ailələri yaşayıb.
1971-ci ildə şaxta bağlandıqdan sonra bütün sakinlər şəhəri tərk ediblər.
Sövdələşmənin həyata keçirilməsi ilə məşğul olan rieltor Con Lourens qeyd edib ki, şəhərcik ailəvi istirahət üçün ideal yerdir. O bildirib ki, Bredianla artıq təqribən 30 potensial alıcı maraqlanıb.
Bazar analitikləri öz növbəsində bildirirlər ki, baxımsız şəhərə yüksək qiymət qoyulub, çünki Bredianın yenidən qurulması və bərpası xeyli xərc tələb edir.
0
0