Kabilin mərkəzində güclü partlayış törədildi
05 yanvar 2016 23:15 (UTC +04:00)

Kabilin mərkəzində güclü partlayış törədildi

Əfqanıstanın paytaxtı Kabilin diplomatik missiyalarının yerləşdiyi rayonunda güclü partlayış baş verib.   

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, partlayış  ABŞ, Böyük Britaniya, İndoneziya, Hindistan, Pakistan və Almaniyanın diplomatik missiyalarının yerləşdiyi Vəzir Əkbər Xan küçəsində baş verib.  

 

Ölən və yaralananlar barədə hələlik məlumat verilmir.   

 

Qeyd edək ki, ötən gün iki terrorçu-kamikadze Kabil beynəlxalq hava limanına hücum edib. İnsident nəticəsində bir neçə şəxsin yaralandığı bildirilir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 259
avatar

Oxşar yazılar