Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin əməkdaşlarını Perunun paytaxtı Limaya, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (ASİƏF) təşkilatının forumuna aparan təyyarədə nasazlıq yaranıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yanacaq doldurmaq üçün Lissabona enən təyyarədə qəflətən problem yaranıb.
Təyyarənin nasazlıq aradan qaldırdıqdan sonra, noyabrın 19-u, axşam saatlarında Limaya çatacağı gözlənilir.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin ASİƏF-in sammitində iştirak edəcək. Tədbir çərçivəsində V.Putinin Çin Xalq Respublikasinin sədri, Yaponiyanın baş naziri, Filippin, Vyetnam və Perunun prezidentləri ilə görüşü nəzərdə tutulub.