Mərakeşli jurnalist Bəhreynin mədəniyyət naziri, Şeyx May bin Məhəmmədin Əl-Xəlifənin mobil telefonunu oğurlayıb. Lent.az-ın "emirates 24/7" saytına istinadən məlumatına görə, hadisə nazirin Mərakeşə səfəri çərçivəsində jurnalistlərlə görüşü zaman baş verib.
Mətbuatla görüşdən sonra məmurlar nazirin mobil telefonunun yoxa çıxdığını görüblər. Görüşün video görüntülərinə baxandan sonra oğrunu təyin etmək mümkün olub.
Polis telefonu götürmüş jurnalisti evinin qarşısında tutub. Qadını törətdiyi cinayətə görə hansı cəzanın gözlədiyi hələlik məlum deyil.