Hindistanın cənub-qərb hissəsində tüğyan edən “Okxi” qasırğası nəticəsində itkin düşmüş 350-dən çox balıqçı xilas edilib. . APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin müdafiə naziri Nirmala Sitxaraman bildirib.
Məlumata görə, axtarış-xilasetmə əməliyyatlarına Hindistan Hərbi-Dəniz Qüvvələri, sahil mühafizəsi və Hərbi-Hava Qüvvələri cəlb edilib. Ümumilikdə dəniz itkin düşmüş 357 balıqçı xilas edilib.
Təbii fəlakət nəticəsində azı 14 nəfər ölüb, yüzlərlə şəxs xəsarət alıb. Onlarla insan itkin düşmüş hesab edilir. Axtarış-xilasetmə əməliyyatları davam etdirilir.