<b>80 yaşlı milyoner iti üçün özünü <span style="color:red;">FƏDA ETDİ </b>
05 iyul 2017 12:52 (UTC +04:00)

80 yaşlı milyoner iti üçün özünü FƏDA ETDİ

0

İngiltərənin Sussex kəndində yaşayan 80 yaşlı akademik inəklər tərəfindən öldürülüb.

 

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, itini inək sürüsündən qorumağa çalışan Brian Bellhouse inəklərin altında qalaraq dünyasını dəyişib.

 

Milyoner, Oksford universitetinin keçmiş müəllimi Bellhauzun iti qalın və hündür otluq olduğu üçün qaça bilməyib və sahibi onu xilas etməyə çalışsa da özü həyatından olub. 80 yaşlı milyoner təcili yardım təyyarəsi ilə xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, İngiltərədə son 17 ildə ən az 70 nəfər inəklərin ayaqlarının altında qalaraq dünyasını dəyişib. ABŞ-da isə 22 nəfərin aqibəti eyni olub.

 

Əhaliyə tövsiyə edilir ki, yanında balası olan inəklərdən uzaq dursunlar,  inəkləri əzizləməsinlər, təşvişə düşəndə qaçmasınlar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 472

Oxşar yazılar