İtaliyanın Liviyanın Benqazi şəhərindəki konsulu Qvido De Sanktisin avtomobili “Kalaşnikov” avtomatından atəşə tutulub.
Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, olay yanvarın 12-də axşam baş verib.
Qvido De Sanktis deyib ki, həmin vaxt avtomobildə 3 nəfər olub. Avtomobil qarajdan çıxarkən küçədən çıxan avtomobili onun maşınının qarşısında dayanıb və konsulun avtomobili atəşə tutulub. Avtomobil zirehli olduğu üçün xəsarət alan olmayıb. Daha sonra cinayətkarlar hadisə yerindən uzaqlaşıb. Hazırda Liviya polisi araşdırma aparır.
Qeyd edək ki, keçən il sentyabrın 11-də ABŞ-ın Liviyadakı səfiri Kris Stivens ölkəsinin Benqazidəki konsulluğunda olarkən konsulluğa hücum olub. Hücum zamanı səfir öldürülüb.