İsveçrə Misirin sabiq prezidenti Hüsnü Mübarək və yaxınlarına aid bank hesablarını açıb.
APA-nın xəbərinə görə, bu barədə İsveçrə Konfederasiyası Federal Şurasından bildiriblər.
Məlumata əsasən, bank hesablarının dondurulmasına dair qərar dekabrın 20-dən ləğv olunub.
Hüsnü Mübarəkin istefasından sonra İsveçrə hökuməti Hüsnü Mübarəkin banklardakı hesablarını dondurmuşdu.
Qeyd edək ki, bu ilin martında Misirin ali məhkəmə instansiyası – Kasasiya Məhkəməsi Hüsni Mübarək barəsində bəraət hökmü çıxarıb. H.Mübarək 2012-ci ildə ömürlük həbs cəzasına məhkum edilib. İki il sonra isə Qahirə Məhkəməsi onun üzərindən bütün ittihamları götürüb.